Paşinyandan Qarabağla bağlı inanılmaz addım
18:54 23 May 2018
Ermənistanın baş naziri Nikol Paşinyanın Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postuna gətirməsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimdə (bu rejim keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı”ndan ibarətdir) narazılıqla qarşılanıb.
"Qraparak” qəzeti A.Qriqoryanın Soros Fondu ilə sıx bağlı olduğunu yazıb.
"Qarabağda hesab edirlər ki, bu təyinat Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər. Paşinyanın bu gedişi Rusiyada, eləcə də İranda da narahatlıqla qarşılanıb”, - deyə qəzet qeyd edir.
Məlumatlara görə, Qarabağdakı rejimin "prezidenti” Bako Saakyanın Paşinyan hakimiyyətinə qarşı çıxmaq üçün istənilən vaxt erməni əhalisini ayağa qaldıra bilər.
Ermənistan mediası hazırda Xankəndində qalan "Qarabağ klanı”nın hakimiyyəti qaytarmaq üçün hətta sui-qəsdlərə də əl ata biləcəyini yazır./publika.az
Femida.az
Oxunub: 1923
Oxşar xəbərlər
- Nikol Paşinyan: "Ermənitanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil"
- Azərbaycan XİN Nikol Paşinyana cavab verib
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
- Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb