700 bal toplayan abituriyent: "Bütün gün oxumağa ehtiyac yoxdur"


19:08     23 May 2018 18_05_23_1527074007.jpg


Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Femida.az bildirir ki, 700 bal toplayan abituriyentlərdən biri Rəna Əliyeva uğurun sirrini Publika.az-a danışıb:

"700 bal toplamaq arzusunda olmamışam. Əsas istəyim seçdiyim ixtisas üzrə keçid balını toplamaq idi. Lakin ətrafımdakı insanlar, müəllimlərim məndən bu nəticəni gözləyirdi. Sınaq imtahanlarında da nəticələrim yaxşı olurdu. İmtahanda uğurlu nəticə göstərmək üçün bütün günü oxumağa ehtiyac yoxdur. Mən gündə 6-7 saat dərs oxuyurdum. Hesab edirəm ki, insan özünə də vaxt ayırmalıdır. Mən istirahətə də vaxt ayırırdım, sevdiyim bədii əsərləri də oxumağa da vaxtım olurdu".

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu olan R.Əliyeva məktəb dərslərini yaxşı oxumaqla yanaşı son iki il kursda hazırlaşdığını deyir:

"7-ci sinifdən bu liseydə oxuyuram. Məktəbdə hər zaman yaxşı oxumuşam. Bu nəticəni əldə etməyimdə həm məktəb, həm də kurs müəllimlərimin əməyi böyükdür. Arzum tibb ixtisası üzrə təhsil almaqdır. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını seçəcəm. İki il burada oxuduqdan sonra xaricdə təhsil almaq istəyirəm. Arzum Almaniyada tibb təhsili almaqdır. Beyin cərrahı olmaq istəyirəm".



Femida.az

Açar sözlər: #DİM   #imtahan   #qəbul   #tələbə   #abituriyent  

Oxunub: 1508