"Nənəmin təndiri"ndəki atışmaya görə 30 İL HƏBS TƏLƏBİ


19:48     23 May 2018 terror%20hebs.jpg

Nərimanov rayonunda yerləşən "Nənənim təndiri" restoranının yaxınlığında baş verən atışmaya görə, təqsirləndirilən kriminal aləm üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə davam edib.



Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə Prokuror Xəyyam Səlimxanovun 7 il, Murad Həsrətovun 7 il, Tunar Nağızadənin 7 il, Emin Əliyevin 6 il, İlham Ramazanovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinə 221-ci( xuliqanlıq) və 234-cü ( narkotik maddə) ittihamı verilib.

Femida.az

Açar sözlər: #Həbs   #Makarov   #Tapança  

Oxunub: 3840