14 yaşlı qız itkin düşdü - Bakıda

14 yaşlı qız itkin düşdü - Bakıda

16:05     23 May 2018 18_05_23_1527077551.jpg


Bakıda 14 yaşlı qız itkin düşüb.

Femida.az-ın "Report”a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda yerləşən "Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.

Femida.az

Açar sözlər: #Bakı   #itkin   #qız  

Oxunub: 771