Tələbə qəbulunda daha bir - Yenilik


21:21     23 May 2018 18_05_23_1527081766.jpg


Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklər edilir.

Femida.az-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) yeni 26.1-1 maddə əlavə edilir.

Dəyişikliyə görə, koleclərin məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslər öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülə biləcək.

Qanunda 26.1-1 maddə belədir: Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Subbakalavr - оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir.

Femida.az

Açar sözlər: #DİM   #tələbə   #yenilik  

Oxunub: 3017