Müsəlmanlarla xristianlar toqquşdu: 21 ölü


17:25     27 Sentyabr 2015 img1903670.jpg

Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində müsəlmanlarla xristianlar arasında qanlı toqquşma olub

.
Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində 21 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Tibb işçiləri və şahidlərin sözlərinə görə, insident xristianların çoxluq təşkil elədiyi rayonda qeydə alınıb. Hücumun küçədə meyiti tapılmış müsəlmana görə qisas aktı olduğu istisna edilmir.
Qeyd edilir ki, bu, Fransa və BMT sülhməramlılarının qoruduğu şəhərdə ən ciddi zorakılıq aktıdır.

Açar sözlər:

Oxunub: 800


Oxşar xəbərlər