Mənzildə kişi meyiti tapılıb


01:05     24 May 2018 2018/05/fhn-1527089054_1527093356.jpg

Suraxanı rayonunda mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: Suraxanı   Mənzil   Meyit  

Oxunub: 1123