Salyanda iki “Jiquli” toqquşdu: işıqfor sıradan çıxdı


01:38     24 May 2018 2018/05/jj_1527095285.png

Bu gün Salyan şəhərinin mərkəzində, svetoforla tənzimlənən yolayrıcında iki minik maşını toqquşub.


Qəza Əlibəy Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində "VAZ-2106" və "VAZ-2115" markalı avtomaşınlardan birinin svetoforun qırmızı işığında hərəkətini davam etdirməsi nəticəsində baş verib. Qəza nəticəsində xəsarət alan olmasa da, yenicə quraşdırılmış svetofor sıradan çıxıb.

Qeyd edək ki, adı çəkilən yolayrıcında tez-tez qəzalar baş verdiyindən və maşınlar yaxınlıqdakı evə çırpıldığından həmin yerdə az əvvəl svetofor quraşdırılmışdı. Budəfəki toqquşmada isə svetofor evi "zərbədən" qorusa da, özü tamamilə sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Salyan   Qəza  

Oxunub: 892