Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO


01:50     24 May 2018 2018/05/arzu-aliyeva_1527095500.jpg

Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Son iclas" bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.


Filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək. Növbəti 3 gün - 26, 27 və 28 may tarixlərində isə "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 gün ödənişsiz təqdim olunacaq.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

Xatırladaq ki, "Son iclas" filmi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.



Femida.az

Açar sözlər:

Oxunub: 6809