Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı


01:15     24 May 2018 heyder_mescidi_2.jpg

Sabah Ramazan ayının 8-ci günüdür.


Femida.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"

Allah orucunuzu qəbul etsin!

Açar sözlər:

Oxunub: 2433