Bakının bu rayonunda 2010 obyekt söküləcək
14:00 24 May 2018
Yasamal Rayon İcra Hakimiyyəti sakinlərə müraciət edib.
Femida.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas keçiriləcək.
Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər.
Femida.az
Oxunub: 1077
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamal məhkəməsindən şok qərar: Şəhid bacısına 20 min manat “atan” şəxsi azadlığa buraxıldı
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamal polisi əməliyyat keçirib, 45 nəfər saxlanılıb, 30 kq narkotik götürülüb
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb