İlahiyyat İnstitutuna bina ayrıldı


15:01     24 May 2018 Baki%20(2)_50QCENAT.jpg

Azərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb.


Femida.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, instituta gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək:

"Bu il İlahiyyat İnstitutuna dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul elan edilib. Ümumilikdə 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir".

O əlavə edib ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı ixtisaslar da yaradılacaq.

Komitə sədri deyib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.

Femida.az

Açar sözlər: #İlahiyyat   #İnstitut   #Xristianlıq   #Yəhudilik   #Mübariz-Qurbanlı  

Oxunub: 1679