Yeni çəkilən yol sürüşdü - VİDEO


15:25     24 May 2018 2018/05/yol-samaxi_1527146928.jpg

Şamaxı rayonunda sürüşmə sahələri aktivliyini qoruyur.


Femida.az xəbər verir ki, Şamaxı-Pirqulu-Dəmirçi istiqamətində isə yol yenidən sürüşməyə məruz qalıb. 4-cü kilometirlikdə yol sürüşərək yararsız vəziyyətə düşüb, 1 metr dərinlikdə çökmələr baş verib, bəzi hissələrdə isə dərinliyi 70 sm olan yeni çatlar yaranıb.

Qeyd edək ki, Pirqulu-Dəmirçi yolu rayon mərkəzindən 22 kilometr uzaqda yerləşir.

Yeni çəkilib istifadəyə verilən yolun üç hissəsində sürüşmə yaşanır. Apreldə yaşanan sürüşmə nəticəsində yolun 3-cü kilometirliyində asfalt örtüyü bölünərək ikiyə ayrılmışdı.​



Femida.az

Açar sözlər: #Pirqulu-Dəmirçi   #Yol   #Sürüşmə  

Oxunub: 5149


Oxşar xəbərlər