Qonşusunu bıçaqlayan Avropa çempionuna hökm oxundu
16:12 24 May 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bakı şəhər sakini Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az
xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il paytaxtın Nərimanov rayonunda 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Hadisəyə səbəb avtomobilin parklanması üstündə yaranmış mübahisə olub.
X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.
Femida.az
Oxunub: 968
Oxşar xəbərlər
- Qonşusunun evindən oğurluq edən saxlanıldı
- Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi olacaq
- Qonşusunu başından bıçaqladı
- Qonşusunun üzərindən at arabası ilə keçib onu öldürdü - TƏFƏRRÜAT
- Qonşusunu su xəttinə görə daşla yaraladı
- Qonşusunu bıçaqlayıb qaçdı
- Qonşusunun evini yardı
- Qonşusunun evini yaran şəxs tutuldu
- Qonşusunun itini öldürən kişi saxlanıldı -Azərbaycanda
- Qonşusunu bıçaqlayana YÜNGÜL CƏZA