Dövlət Reklam Agentliyi “Reklam haqqında” qanunu belə pozdu - FOTOLAR


20:50     24 May 2018 2018/05/df9af5_1527166309.jpg

Agentliyin avtomobillərinin üzərindəki reklamlarda qanun pozuntusuna yol verilib



Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.

Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.
Qurum fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı sahibkarlığa dəstək tədbirlərinə və verdiyi tapşırıqlara uyğun olaraq, onların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurub. Bu fəaliyyətin ölkə ərazisini əhatə etməsi üçün Agentliyin strukturuna daxil 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər keçirilir, maarifləndirici tədbirlər aparılır.




Mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək.



Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təhciz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək. Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır. Artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillər alınıb. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.

Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir.

Amma Avtosfer.az Agentliyinin nümayiş etdirdiyi avtomobillərin üzərində yerləşdirilən reklamlarda nöqsanların olduğunu aşkar edib. Belə ki, “Reklam haqqında qanun”a görə, avtomobilin ön və arxa hissəsinə reklam lövhəsinin yerləşdirilməsi qadağandır. Lakin Dövlət Reklam Agentliyinin avtomobillərinin önünə - kapotun üstünə də reklam lövhələri yapışdırılıb. Hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobilin ön və arxa hissəsinə reklam lövhəsi yapışdırmaq olmaz. Reklam yalnız avtomobilin yan hissələrinə vurula bilər.







Femida.az

Açar sözlər: #Reklam   #Agentlik   #Prezident  

Oxunub: 5990