DİQQƏT! - Bu nazirlik işçi axtarır
17:44 24 May 2018
Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 2 inspektor və 1 inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib.
DİN-dən Femida.az-a verilən məlumata görə, inspektor vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır.
İnspektor-tərcüməçi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplom, hərbi bilet və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-97-52; (012)-590-93-27.
Femida.az
Oxunub: 3183
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib