İribuynuzlu heyvan daşıyan maşın aşıb - 2 nəfər yaralı var


18:05     24 May 2018 qeza_yeni.jpg

Daşkəsəndə iribuynuzlu heyvan daşıyan yük avtomobili dərəyə aşıb.

Hadisə Daşkəsən şəhərindən Xoşbulaq kəndinə gedən yolun Mədəncilər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı avtomobilin texniki nasazlıq ucbatından idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində Goranboy rayon Yolqulular kənd sakinləri, 1972-ci il təvəllüdlü Sabir Məmmədov və 1962-ci il təvəllüdlü Əirəstun Məmmədov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti normal, digərinin durumu isə kafi qiymətləndirilir.

Məlumata görə, Goranboy sakinləri heyvanları yaylağa aparırmışlar. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1509