Bakıda evdən 20 min manat oğurlanıb


18:33     24 May 2018 ogurluq.PNG

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 20 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-dən 20-dək olan müddətdə iki evin həyətindən iki velosiped, bir evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.


Femida.az

Açar sözlər: #Oğurluq   #Pul   #Polis   #Cinayət  

Oxunub: 1399