Vəkil evini sata bilmədi - Sığortalayıb yandırdı


18:51     24 May 2018 18_05_24_1527159139.jpg


Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində vəkil kimi çalışan qadın bağ evini sata bilməyib və onu 1 milyon rubl (təxminən 30 min manat) həcmində sığortalayıb.

Bu barədə virtualaz.org Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verib. Bundan sonra o, qonşusuna 60 min rubl (təxminən 17 min manat) verərək, özünün bağda olmadığı vaxtda evi yandırmasını tapşırıb.

Yanğından dərhal sonra qadın vəkil sığorta şirkətinə müraciət edib. Hazırda onun özünə qarşı iri məbləğdə dələduzluqla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #vəkil   #yanğın   #sığorta   #Rusiya  

Oxunub: 1481