Azərbaycan damaçısı Avropa çempionu oldu


19:03     24 May 2018 2018/05/perviz-hesenov_1527159849.jpg

Polşanın Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə beşinci Avropa çempionatı keçirilib.


Femida.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov mötəbər turnirdə uğura imza atıb. Damaçımız İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız rapid (sürətli proqram) turnirində də 1-2-ci yerləri bölüşərək yüksək ada layiq görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1233