Səbaildə maşın hasara çırpıldı - Bir nəfər öldü

Səbaildə maşın hasara çırpıldı - Bir nəfər öldü


19:20     24 May 2018 qeza470.jpg

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Femida.az-a verilən məlumata görə, mayın 23-də saat 11 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Süleyman Vəliyev idarə etdiyi "QAZ-3110" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə S.Vəliyevin sərnişini paytaxt sakini Bəhruz Həsənov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Femida.az

Açar sözlər: Səbail   Qəza   Xəstəxana  

Oxunub: 1775