Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub
19:30 24 May 2018
Rusiya Müdafiə Nazirliyinin Rabitə Baş İdarəsinin birinci idarəsinin rəhbəri, general-mayor Aleksandr Oqloblin saxlanılıb.
Femida.az-ın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, A. Oqloblinin adı Rusiya Müdafiə Nazirliyi ilə “Voentelekom” Səhmdar Cəmiyyəti arasında hərbi rabitə sistemlərinin yenilənməsinə dair müqavilələrin icrası zamanı 0,5 milyard rubl vəsaitin mənimsənilməsi işi üzrə ittiham olunanların siyahısına daxil edilib.
İstintaqın versiyasına əsasən, avadanlığın sifarişçisi rolunda çıxış edən A. Oqloblin əslində maliyyə maxinasiyasının iştirakçıları ilə əlbir olub. İş ondadır ki, sözügedən cinayət işi üzrə saxlanılan şəxslər istintaqa ifadəsində bildiriblər ki, A. Oqloblin dövlət sifarişlərinin icrası zamanı yer alan maliyyə fırıldaqlarından qazanc əldə edib.
Bildirilir ki, A. Oqloblinin adının hallandığı maxinasiyalar 2013-cü ildə Rusiya ordusunun məxfi və xüsusi rabitə sistemlərinin modernizasiyası üzrə dövlət proqramının icrası zamanı baş verib. Həmin proqram çərçivəsində analoq hərbi rabitənin rəqəmsal varianta keçidi planlaşdırılırdı.
İstintaq zamanı məlum olub ki, A. Oqloblinin “Voentelekom” rəhbərliyi ilə köhnə dostluq münasibətləri bağlayır. Bunun nəticəsi idi ki, Çin istehsalı olan “hab”lar nominal qiymətdən üç dəfə baha alınıb. Sonradan üzərindəki yazıların üstünə “Made in Russia” yazıları yapışdırılaraq həmin “hab”lar yerli mallar kimi təqdim olunub.
Qeyd edək ki, ötən il Rusiya prezidentinin sərəncamı ilə 53 yaşlı A. Oqloblinə general-mayor rütbəsi verilib.
Femida.az
Oxunub: 1478
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib