Ermənistanda qərargah rəisi vəzifəsindən azad edilib


19:40     24 May 2018 2018/05/052400010418_1527162124.jpg

Ermənistan baş naziri Nikol Paşinyan bu gün ölkə SQ-nin qərargah rəisi Movses Akopyanın vəzifədən azad edildiyini elan edib.


Paşinyan prezident Armen Sarkisyana müvafiq müraciət edib.

Baş nazirin sözlərinə görə, günün sonuna doğru o, yeni qərargah rəisinin adını elan edəcək, sabah o, ordu komandanlığına təqdim ediləcək.

Qeyd edək ki, Movses Akopyan da "Qarabağ klanının" üzvü idi. O, Dağlıq Qarabağ qüvvələrinin keçmiş komandanı, ondan əvvəl isə 1992-ci ildə Xocalının işğalında iştirak etmiş 366-cı motoatıcı alayın zabiti olub.

Akopyanın vəzifədən azad edilməsinin səbəbi açıqlanmır.

Femida.az

Açar sözlər: #Ermənistan   #Qərargah   #Rəis   #Vəzifə   #Sarkisyan  

Oxunub: 2120