“Həqiqət güzgüsü” qəzeti “qara siyahı”ya salındı
21:26 24 May 2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan Femida.az-a verilən məlumata görə, iclasda ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun “Tendensya.com” və “Milliyol.az ” saytlarına qarşı şikayəti araşdırılıb.
Şikayətçi tərəf bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi müraciətini geri götürüb.
“A Servise Group” MMC-nin direktoru Aysel Rəhimovanın “Şərq” qəzetinə qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, qəzet bəlli şirkət barədə material hazırlayarkən, etik kodeksin standartlarını gözləyib, balans prinsipinə əməl edib, şirkət təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan iddia əsassız sayılıb.
Bakı şəhər sakini Xaliq Abbasovun “Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya məsələyə baxmayıb.
Ağstafa rayon rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının “Həqiqət güzgüsü” qəzetinə qarşı müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq “Həqiqət güzgüsü” qəzetinin adını özünün “qara siyahı”sına daxil edib. Bununla əlaqədar şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.
“Haakan foods” şirkətinin prezidenti Yavuz Həsənovun “azeuronews.com” portalı ilə bağlı müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.
Femida.az
Oxunub: 2707
Oxşar xəbərlər
- Şuşa haqqında məqalə Əlcəzair qəzetində
- Fransanın "Le Monde" qəzeti Qarabağ müharibəsinin nəticəsindən yazıb
- MEDİA-dan qəzet və saytlara ayrılan yardımla bağlı AÇIQLAMA
- Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı
- "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi
- Britaniya qəzeti Prezident İlham Əliyevin mətbuat konfransından yazdı
- Bu qəzetlərə maliyyə yardımı göstəriləcək - SİYAHI
- DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
- Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində
- Prezident İtaliyanın “La Republica” qəzetinə MÜSAHİBƏSİ