Almaniya prezidenti İlham Əliyevi təbrik etdi
22:36 24 May 2018
Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Cənab prezident. Mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə Sizi və vətəndaşlarınızı öz adımdan və həmvətənlərim adından səmimi qəlbdən təbrik edirəm. Biz ötən il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. Həmçinin 2018-ci ildə də biz əlamətdar bir ildönümünü qeyd edirik: 200 il əvvəl ilk alman mühacirləri Azərbaycana gəlmişlər. Bu da ölkələrimizi birləşdirən dərin köklərin olmasının sübutudur. Almaniya gələcəkdə də Azərbaycan ilə dostluq bağlarını gücləndirməyə və əməkdaşlığımızı intensivləşdirməyə səy göstərəcəkdir. Birgə iqtisadi maraqlarımızla yanaşı, biz xüsusilə energetika sahəsində siyasi dialoqu inkişaf etdirmək və mədəni əməkdaşlığı genişləndirmək istəyirik. Biz Avropa İttifaqı ilə ölkəniz arasında əlaqələri yeni sazişə əsaslanan müstəvi üzərində qurmaq istəyirik. Avropa Şurasında və ATƏT-də əməkdaşlığımızı davam etdirməyimiz arzuolunandır. Mən Sizə xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".
Femida.az
Oxunub: 1361
Oxşar xəbərlər
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir
- Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb