Qarabağın azad edilməsi Ərdoğanın “Seçki Bəyannaməsi”ndə


23:27     24 May 2018 times-turk-ordusu-erdogani-elestirdi.jpg


Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.

Femida.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.

Bəyannamədə bildirilib ki, R.T.Ərdoğan yenidən prezident seçilərsə, Qafqaz və Orta Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, 2009-cu ildə qurulan Türk Şurası daha da gücləndiriləcək: "Bütün bunlar AKP-nin əsas hədəflərindəndir".

Femida.az

Açar sözlər: #Erdoğan   #Türkiye   #Qarabağ   #seçki  

Oxunub: 5079