Çin və Qazaxıstan liderləri İlham Əliyevə məktub ünvanladı


23:44     24 May 2018 ilham.jpg

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm.
*
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər: #Qazaxıstan   #Çin   #prezident   #İlham_Əliyev  

Oxunub: 1389