Sürücülük vəsiqələri ilə bağlı vacib YENİLİK
01:17 25 May 2018
"Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.
Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.
Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A”, "B” və "C” kateqoriyaları ilə yanaşı "B1” və "C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.
4-cü bəndə edilən əlavəyə görə, "BE” kateqoriyası ilə yanaşı "C1E” altkateqoriyası müəyyənləşdirilir və 19 yaşdan etibarən istifadə hüququ verilir.
6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə "D” kateqoriyası ilə yanaşı "D1” altkateqoriyası müəyyənləşdirilir və 23 yaşdan etibarən istifadə hüququ verilir.
Layihəyə görə "D1E” altkateqoriyası da müəyyənləşir və 25 yaşdan 65 yaşadək sürücülük hüququ verilir. Eyni zamanda bu altkateqoriya "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.
Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular "CE”, "D”, "DE” kateqoriyalarına və "D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.
Qeyd edək ki, "B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. "C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. "C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, "D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq./APA
Femida.az
Oxunub: 2269
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Kamran Əliyev: "Qanun pozuntularına vaxtında müdaxilə etməliyik"
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib