Xəzərdə batan şəxslərin kimliyi məlum oldu - FOTO (YENİLƏNDİ)


14:48     25 May 2018 2018/05/mmmmmmmmmmmmmmmmmm_3054462084.jpg

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.


Femida.az-ın yerli bürosunun məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.



*** 16:31

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində batan şəxslərlə bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.



Femida.az

Açar sözlər: #Xəzər   #ölüm   #dəniz  

Oxunub: 2374