Alpinistlər 3 həmkarının öldüyü yerə getdi - Foto


03:00     25 May 2018 18_05_24_1527188503.jpg

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə yürüş edib.

Femida.az xəbər verir ki, dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb. On beş nəfərlik alpinist qrupunun Şahdağa yürüşü mayın 22-dən başlayıb və iki gün davam edib. Mayın 23-də zirvəyə çatan alpinistlər orada Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açıblar.

Yürüşdən əvvəl alpinistlər ötən ilin dekabr ayında itkin düşmüş dağçılar Babur Hüseynov, Fəridə Cəbrayılzadə və Namin Bünyətzadənin qar uçqunu altında qaldığı yeri ziyarət ediblər.

Femida.az

Açar sözlər: #alpinist   #alpinizm   #dağ   #itkin  

Oxunub: 2834