Xəstənin qızı baş həkimi döydü - İş polisdədir
13:10 25 May 2018
Paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən “Loğman” klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb.
Femida.az “Report”a istinadən xəbər verir ki, nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.
Oxunub: 8026
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Küləkli hava iyunun sonuna qədər davam edəcək
- Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
- Bakıda kütləvi dava zamanı qayın və yeznə ağır xəsarət alıblar
- Ağstafada qonşular arasında dava olub
- Umayra Tağıyeva: "Mülayim isti hava şəraiti həftə sonunadək davam edəcək"
- Canlı yayımda dava düşdü: Lalə Azərtaş ayırdı - VİDEO