Bu ölkədə müsəlmanı döyə-döyə öldürdülər - İnək kəsdiyi üçün


15:00     25 May 2018 18_05_25_1527231599.jpg


Hindistanda inək kəsən müsəlmanı döyə-döyə öldürüblər.

Hindistanın Madhya Pradeş vilayətində dərzi işləyən 45 yaşlı müsəlman Riyaz hindistanlılar tərəfindən döyülərək öldürülüb.

38 yaşlı müsəlman dostu ilə birlikdə inək kəsən Riyaz linç edilərək öldürülüb. Onun dostu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Cinayətlə əlaqədar olaraq 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Hindistanda inək ən müqəddəs heyvan hesab olunur.

Femida.az

Açar sözlər: #Hindistan   #inək   #dünya  

Oxunub: 2052