Mikayıl Cabbarova sualı olanların nəzərinə!


19:41     25 May 2018 11294_mikayil%20cabbarov.jpg

Vergilər naziri Mikayıl Cabbarov mayın 30-da, saat 11:00-də Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Bakı-Qazax şossesinin 118-ci km-i) Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.


Femida.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlarmayın 29-na qədər adı çəkilən idarəyə, Ağsu və Qobustan rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1736