Bakı necə ərəbləşdirilir? - VİDEO


16:46     25 May 2018 ereb%20turist.jpg


Space Tv-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişində bu dəfə ana dilimizə qarşı olan hörmətsizlikdən danışılıb. Teleaparıcı Amil Xəlil şəhərdə fəaliyyət göstərən bir neçə restoranlara üz tutub. Restaranların önündə ərəb musiqiləri səslənir, menyu kitabçaları da ana dilimizdə yox, ərəb dilində qonaqlara təqdim edilir. Reklam tabloları belə Azərbaycan dilində yox Ərəb dilində sərgilənir. Məsələ haqqında danışan teleaparıcı daha sonra millət vəkili Aydın Mirzəzadə ilə görüşüb. Millət vəkili Aydın Mirzəzadə də Amil Xəlil ilə tam razı olduğunu qeyd edib. "Bu qanuna ziddir. Bütün yazılar ancaq Azərbaycan dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Daha sonra digər dillər qeyd edilməlidir. "

Hazırlanmış reportajı təqdim edirik:


Açar sözlər: #Ərəb   #Video   #Bakı   #Youtube  

Oxunub: 7366