Bu yolla icra aktını dayandıra bilərsiniz - QANUN


16:58     25 May 2018 2018/05/imza_1527238700.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə məlumat verəcəyik. Bu barədə ərizə nə üçündür? Nəyə istinad olunur?

Bu ərizə İnzibati Prosessual Məcəllə (İPM) ilə tənzimlənir. İddiaya mahiyyəti üzrə baxılana kimi müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan olunur. Mülki icraatda bu iddia təmin tədbiri adlanır. Yekun qərar qəbul olunduqdan sonra əhəmiyyətini itirir.
Bu üsul inzibati aktın qəbul edilməsi ilə mənafeyinə toxunulan fiziki və hüquqi şəxslərin həmin aktın icrasından müvəqqəti də olsa qorunmasının alternativ bir üsuludur. Müvəqqəti xarakterli müdafiə tədbirləri qəbul edilmiş inzibati aktın icrasının dayandırılması və ya təxirə salınmasında əhəmiyyətli bir vasitədir.

Bildiyimiz kimi iddia icraatının aparılması üçün uzun vaxt tələb olunur. Müvəqqəti xarakterli müdafiə tədbirinin əhəmiyyəti də həmin aktın icrasını bu zaman kəsiyində dayandırmaq və təxirə salmaqdır.

İPM-nin 7-ci fəslində, 41-ci maddədə göstərilir ki, müvəqqəti xarakterli müdafiə tədbiri iddia icraatından tamamilə ayrı aparılan bir icraatdır, yəni müstəqildir. Məsələn, bir misal üzərindən izah verək:

İcra hakimiyyəti tərəfindən şəxsin evinin sökülməsi barədə akt qəbul edilir. Bu halda şəxs aktı qanunsuz hesab edir və mübahisələndirmək istəyir. Bununla belə həmin iddia qaldırılanadək evi sökülə bilər. Bu halda şəxs Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə məhkəməyə müraciət edir ki, mübahisələndirmə haqqında iddianın yekun qərarı çıxanadək evi sökülməsin. Bu halda məhkəmə yekunlaşanadək aktln icrasına müvəqqəti xitam verilir. Məhkəmənin yekun qərarına əsasən, ev sökülür, yaxud vətəndaşın iddiası təmin edilərsə, İcra Hakimiyyətinin tərtib etdiyi akt qüvvədən düşür.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #vəkil   #hüquqşünas   #femida   #qanun   #məcəllə   #icra  

Oxunub: 14860