“Gül Vüqar” ləqəbli iş adamı öldürüldü - Sumqayıtda
18:13 25 May 2018
Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.
Femida.az-ın xeberle.com-a istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb.
O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Xeberle.com-a hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda "Gül Vüqar” kimi tanınırdı.
Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 3075
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb