72 məhkum ombudsmanın vəsatəti ilə əfv olundu


18:21     25 May 2018 ombudsman.jpg

"Ötən gün cənab prezident tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu gün əfv sərəncamının icrasını həyata keçirdik".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, müstəqilliyimiz dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub:

"Bu, çox böyük rəqəmlərdir. Sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Femida.az

Açar sözlər: #məhkum   #ombudsman   #vəsatət   #əfv  

Oxunub: 1995