Oqtay Əsədov Gürcüstana gedir


19:10     25 May 2018 oqtay%20esedov%20irad.jpg

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da Tbilisidə səfərdə olacaq.


Femida.az xəbər verir ki, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya" mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri O.Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Femida.az

Açar sözlər: #Milli-Məclis   #Oqtay-Əsədov   #Gürcüstan  

Oxunub: 1509