Nərimanovda fövqəladə hallarla bağlı tədbir - FOTO

Nərimanovda fövqəladə hallarla bağlı tədbir - FOTO

15:27     25 May 2018 2018/05/n1-(1)_1527247704.jpg

Nərimanov rayonunun 2018-ci il üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq, 25 may 2018-ci il tarixdə rayonun ərazi mülki müdafiə qüvvələri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.


İH-dən Femida.az-a daxil olan məlumata görə, məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olub.

Məşqə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, qaz-qəza texniki qrupu, Enerji-qəza texniki qrupu, Su-qəza texniki qrupu, Rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, Rayon Polis İdarəsinin şəxsi heyəti və maşınları, GEM-in epidomoloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikalar cəlb olunub.

Məşq 25 may 2018-ci il tarixdə saat 10.00-da “Baku Steel Company” MMC-nin ərazisində məşq rəhbərinin mülki müdafiə qüvvələrinin toplanması barədə göstərişi ilə başlanmış, qüvvələrin şəxsi heyəti müəssisənin ərazisində təyin olunmuş yerə toplanmışlar. MM qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı, tədris prosesində öyrəndikləri nəzəri bilikləri və funksional vəzifələrin əməli işdə həyata keçirilməsi yoxlanılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 967