Yolu zəbt edib pivəxana açdılar - FOTOLAR


19:40     25 May 2018 2018/05/yol-ozbasnaliq_1527248438.jpg

Piyada səkisi 50-60 metr uzunluğunda zəbt edilərək pivəxana və çayxana edilib.


Femida.az -a daxil olan fotolardan məlum olur ki, özbaşnalıq Nərimanov rayonu Ağa Nemətulla 20-21 ünvanında baş verir. Vətəndaşların bildirdiklərinə görə, avtobus dayanacağının yanı olduğu üçün avtobusdan düşən sərnişinlər (məktəblilər, qadınlar, uşaqlar, qocalar) ya sərxoş kişilərin stollarının arasından keçməli, ya da yolun maşın gələn hissəsilə hərəkət etməlidir. Sərxoşların soyüşlərini eşitməmək üçün maşın yolunu seçən sərnişinləri hər an sürətlə hərəkət edən maşınlar vura bilər.

Oxucuların təqdim etdiyi fotoları təqdim edirik:





Açar sözlər: #Piyada   #Femida   #Özbaşnalıq  

Oxunub: 3261