Magistraturaya qəbulun ikinci mərhələsi başlayır


20:08     25 May 2018 dim%20tqdk4.jpg

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı vermək istəyən bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 3-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Femida.az

Açar sözlər: #AMEA   #magistratura  

Oxunub: 1258