Bakı-Sumqayıt yolunda tıxac azalacaq
20:50 25 May 2018
Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkət edə bilərlər.
Yenidənqurma işləri çərçivəsində “Bakı Dairəvi-1” avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılıb.
Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılan müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edirlər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılıb.
Femida.az
Oxunub: 2353
Oxşar xəbərlər
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Çingiz İsmayılov Moskvada dünyasını dəyişib
- “Moskva” raket kreyserində ölən və itkin düşənlərin sayı açıqlanıb
- Rusiya MN: “Moskva” kreyseri batıb
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- Türkiyə XİN başçısı: “Moskva ilə Kiyevi yenidən masa arxasına əyləşdirmək üçün çalışırıq”
- Sabah Moskva-Bakı reysi üzrə uçuşlar bərpa olunur
- Moskvadan müharibənin gedişatını dəyişəcək qərar
- Lukaşenko sabah Moskvada Putinlə görüşəcək
- BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək