Bakı çimərliklərində yoxlamalar başladı
21:28 25 May 2018
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun yoxlanılması ilə bağlı monitorinqlərə başlayıb.
Femida.az xəbər verir ki, bu barədə Lent.az-a mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Qurum rəsmisi bildirdi ki, Bakı şəhərinin 6 rayonu inzibati ərazisində yerləşən dəniz suyundan nümunələr götürülür: “Eyni zamanda respublikanın, cənub, şimal rayonlarında və Sumqayıt şəhərində tədqiqat aparılır. Biz fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji, sanitar göstəricilər üzrə dəniz suyunun laborator instrumental müayinəsini həyata keçiririk”.
Z. Kazımov məlumat verdi ki, aparılan müayinənin nəticələri yaxın 10 gün ərzində açıqlanacaq:”Ancaq 2010 ildən indiyə qədər Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliyi bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub. Buna görə də burada əhalinin çimməsi məqsədəuyğun deyildi. Digər çimərliklər isə normal standartlara cavab verirdi. Amma bu ilki nəticələr aparılan tədqiqatlardan sonra bəlli olacaq”.
Femida.az
Oxunub: 1560
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb