Qadını öldürüb qaçan sürücü 2 ay sonra həbs edildi
01:28 26 May 2018
Cari il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.
Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir k, yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Femida.az
Oxunub: 1732
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub