Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var


00:57     26 May 2018 18_05_25_1527267509.jpg

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az APA-ya istinadən bildirir ki, hadisə rayonun İvanovka kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədov Vüsal Rüfət oğlu idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1324