Cəbhədən YENİ XƏBƏR: kəndlərimiz atəşə tutuldu
13:42 26 May 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 3465
Oxşar xəbərlər
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Ermənistan mövqelərimizi pulemyotlardan atəşə tutub
- Cəbhədən YENİ XƏBƏR: düşmən snayper və pulemyotlardan atəş açdı
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
- Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutuldu
- Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutuldu
- Cəbhədən YENİ XƏBƏR: düşmən snayper və pulemyotlardan atəş açdı