30 sürücü cərimələndi - Bu qaydaları pozublar
14:21 26 May 2018
Mingəçevir Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində reyd keçirib.
Femida.az xəbər verir ki, reydin keçirilməsində əsas məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.
Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Reyddə 30 sürücü haqqında inzibati tədbir görülüb və avtomobillər cərimə meydançasına aparılıb.
Reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadaları marifləndirmək, baş verə biləcək qəzaların qarşısını almaqdan ibarət olub. Reydlərin mütəmadi şəkildə davam etdirilməsi nəzərədə tutulub.
Femida.az
Oxunub: 1830
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib
- Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb
- "Azərişığ"ın sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var