Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:22     26 May 2018 muellimler.jpg

Azərbaycan Texniki Universitetinin idman zalında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.



Femida.az-ın xəbərinə görə, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçiriləcək.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1814