Bakıda yol qəzası: ölən və yaralanan var


17:46     26 May 2018 qeza_yeni.jpg

Bakının Xətai rayonunda yol qəzası baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, mayın 25-də Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi "Hyundai" markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qəza   Hyundai   Maşın  

Oxunub: 1580