QHT-lərə dəstək şurası Dərbənddə


18:06     26 May 2018 18_05_26_1527328570.jpg


Mayın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında Prezident Yanında QHT-lərə Dövlət Səstəyi Şurasının nümayəndələri Rada Abbasova və Aybəniz Qafarlı şəhərin ictimai şəxsləri ilə görüşüb.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin direktoru Təranə Abbasov, Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Dərbənd Bədən Tərbiyəsi və İdman İdarəsinin rəhbəri Nəvai Rzayev, Dərbənd şəhər palatasının üzvü Vaqif Askenderov, Dərbənddə yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri Telman Tahirli və s. kimi şəhərin ictimai şəxsləri iştirak edib. Tədbir zamanı Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətindən söz açılıb : Xalqlarımız min illik tarixə, ümumi kökləri, oxşar mədəniyyətə və ənənələrə malikdir.

Sonda İqtisad Universitetinin Dərbənd filialının direktoru Təranə Abbasovaya, "Ümumrusiya Azərbaycan Konqresi"nin sədri Seyran Rəhimova, Dərbənddə yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri Telman Tahirliyə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Adindan mükafatlar və diplomlar təqdim olunub.







Femida.az

Açar sözlər: #QHT   #Dərbənd   #Dağıstan  

Oxunub: 2590